polis əməkdaşı

Polis orqanlarında müəyyən vəzifə tutan və Polis haqqında Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusu

polis
populyasiya
OBASTAN VİKİ
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — "beş polis ölkəsi").
Hərbi polis
Hərbi polis — polis vəzifəsini icra edən hərbi qurum. Bəzi ölkələrdə bu qurumun əməkdaşları hərbi qulluqçulara və hərbi maşınların hərəkətinə nəzarət edir. Beləki, Azərbaycan da daxil olmaqla bu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz lakin,əgər ictimai asayişə zərər vurarlarsa yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Bundan əlavə həmçinin mülki polisin vəzifələrin icra edən və hərbi rejimi təyin edə bilən (müəyyən vəzifələri icra edən) Daxili Qoşunlar və ya Jandarma kimi hərbi birləşmələrdə fəaliyyət göstərir.
Polis (antik)
Polis (q.yun. πόλις, πολιτεία — tərc. "şəhər") — şəhərətrafı mülkləri, çox sayda qeyri-bərabər hüquqlu qulları olan və özünü siyasi qurum (adətən, dövlət) şəklində təqdim edən mülki şəhər icması, Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması. Müasir tarix elmində Qədim Yunanıstandakı şəhər-dövlətləri ifadə etmək üçün işlədilir.
Polis (dəqiqləşdirmə)
Polis Polis (q.yun. πόλις — "şəhər") — Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması Polis — hüquq-mühafizə orqanı, ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Polis (fr. police, it. polizza sözündən) — sığorta müqaviləsinin bağlanmasını təsdiq edən və sığortaçı tərəfindən sığortalıya təqdim edilən sənəd.
Polis Akademiyası
Polis akademiyası —
Polis Hekayəsi
Polis əhvalatı (çin. 警察 故事 系列) altı rəsmi Honkonq cinayət hadisələri filmindən ibarətdir, rejissor Ceki Çan, Stenli Tonq, Benni Çan və Dinq Şen tərəfindən çəkilmiş və Reymond Çou, Leonard Ho, Ceki Çan, Barbi Tunq, Villiye Çan, Solon So və Yanq Du tərəfindən prodürserlik edilmişdir. İlk film Polis əhvalatı 14 Dekabr 1985-ci ildə yayımlandı. Filmin müvəffəqiyyəti beş seriala, rəsmi spin-offa (Super polis 2) və qeyri-rəsmi spin-offa (Detektiv) səbəb oldu. Çan, Amerika film bazarına girməsi üçün nəzərdə tutulan Himəyadarda rejissor Ceyms Qlikenhausla işləməkdə məyus bir təcrübədən sonra filmə başladı. İlk Polis əhvalatı filmi pərəstişkarları tərəfindən Çanın ən yaxşı filmlərindən biri hesab olunur. Asiyada böyük bir vuruş idi. Tərcümeyi-halına görə, mən Ceki Çanam, Çan filmi hərəkət və tryuk baxımından ən yaxşı hesab edir. Time Out-in kino tənqidçiləri, rejissorları, aktyorları və boyuk aktyorlar arasında keçirdiyi sorğuda ilk üç Polis Hekayəsi filmi səsləndirildi, Polis əhvalatı 4-cü, Polis əhvalatı 2 61-ci, və Super polis 75-ci sırada yer aldı.
Polis şiddəti
Polis şiddəti — vəzifə və məsuliyyət səlahiyyətini sui-istifadə edən polisin tətbiq etdiyi şiddətdir. Polisin vəzifəsi əsnasında nələr edib nələri edə bilməyəcəyi qanunlar, müdiriyyətlər və tüzüklerle təyin olunar. Bu vəziyyətin xaricinə çıxan polis şiddət tətbiq etmiş deməkdir. Bəzən münferit olaraq meydana gələ bilən bu hadisə bəzəndə polis bölməsi, ya da təhlükəsizlik müdirliyi əsasında sistemli ola bilər. Hadisələrdə polisin istifadə etdiyi həddindən artıq güc üzündən zərər çəkmişlər böyük zərər görməkdədir. Polisin şiddətə söykənən tutumu üçün polisin həddindən artıq stressli bir iş etdiyi, lazımlı təhsilin alınmadığı, qanunları bilmədikləri, psixoloji dəstək ala bilmədikləri, kafi texniki dəstəyə sahib ola bilmədikləri, dolanışıq dərdi kimi səbəblərlə bu cür hadisələrə səbəb olduqları düşünülməkdədir. Bunun xaricində bəzi siyasi səbəblərlə demokratiyanı özümsəyəməmiş polislər üzündən də bu cür hadisələr yaşandığı bilinməkdədir. Bunun yanında polisin şübhəlini qorumaq üçün bir çox dəfə çətinlik yaşadığı müşahidə edilməkdədir. Bu cür vəziyyətlərdən qoruna bilmək məqsədiylə polis təşkilatı xalqla əməkdaşlığına getməkdədir.
Polis əhvalatı
Polis əhvalatı (film, 1985)
Polis (qəzet)
Polis — 1933-cü ildən etibarən çap olunan həftəlik qəzet. Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə "Mübariz keşikdə" adı ilə təsis edilib. "Mübariz keşikdə" qəzeti və 1993-dən çap edilən Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzeti 2021-ci ilin yanvarın 7-dən "Polis" adı altında birləşdirilib. "Polis" qəzeti "Mübariz keşikdə" qəzetinin varisi hesab edilmişdir. DİN-in orqanı "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir. Bundan əlavə, DİO əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir. Abunə yolu ilə yayılır. Aytən Əliyeva. ""Bizim qəzet" - "Mübariz keşikdə": Azərbaycan polisinin 80 yaşlı mətbuat orqanı". modern.az (az.).
Milis (polis)
Militsiya və ya milis (rus. милиция) keçmişdə Rusiya və Sovet İttifaqı, həmçinin kimi bəzi Varşava Müqaviləsi ölkələri və Yuqoslaviya kimi keçmiş kommunist dövlətlərində, müasir dövrdə isə Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi bəzi MDB dövlətlərində polislər üçün istifadə edilən rəsmi addır. Milis Müvəqqəti Hökumətin 17 aprel 1917-ci il tarixli fərmanından irəli gələrək və erkən sovet dövründə Müvəqqəti Hökumətin və bolşeviklərin insanların özünütəşkilatlandırma ilə yeni hüquq-mühafizə orqanını əlaqələndirmək və onu çar polisindən fərqləndirmək üçün nəzərdə tutulmuşdu. Sonralar isə Oktyabr inqilabında və sovet respublikalarında bolşevizm naminə mübarizədə fəal iştirak edən mülki şəxslərdən formalaşdırılmışdır. Onun ilkin adı fəhlə-kəndli milisləri olaraq 1917-ci il oktyabr ayının 28-də (Yeni Qaydaya əsasən 10 Noyabr) yaradılmış və sonradan rəsmi adı olan Daxili İşlər Nazirliyi (MVD, MVD ) ilə əvəz edilmişdir. Rayon bölmələrinə isə şəhər, rayon, vilayət və s. daxili işlər idarəsi deyilirdi. 10 noyabr günü Sovet İttifaqında və 2011-ci ilə qədər isə Rusiyada "milis günü" kimi qeyd olunmuşdur. İkinci Dünya müharibəsindən sonra Balkanlarda və Şərq blokunda yaradılmış olan milis qüvvələri nasizmə, faşizmə və Nasist Almaniyasının işğalına qarşı mübarizə aparmış partizan adlanan mülki şəxslərdən ibarət olmuşdur. Bu təhlükəsizlik qüvvələri də bilavasitə öz ölkələrinin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərirdi və bəzi ölkələrdə onların səlahiyyətləri və vəzifələri müxtəlif olsa da, əsasən bütün Dəmir Pərdə ölkələrində eyni idilər.
"Polis Veteranı" medalı
"Polis Veteranı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. == Medalın Təsviri == “Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir.
Andorra Polis Korpusu
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Həzi Aslanov (polis)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Polis veteranı medalı
"Polis Veteranı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. “Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir.
Ramiz Zeynalov (polis)
Ramiz Zeynalov (19 fevral 1951, Qovlar, Tovuz rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru. Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Ailəlidir, 1 övladı var.
Sabir Məmmədov (polis)
[mənbə göstərin] Sabir Məmmədov (28 dekabr 1945, Kəngərli, Ağdam rayonu) — Xocalının 1-ci və sonuncu polis rəisi. Məmmədov Sabir Surxay oğlu 28 dekabr 1945-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub. 1952-1962-ci illərdə Göytəpə kənd orta məktəbində oxuyub. 1962-ci ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikumuna daxil olub və 1966-cı ildə texnikumu bitirərək Goranboy rayon musiqi məktəbində müəllim işləyib. 1967-ci ildə ali təhsil almaq üçün H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olub, 1972-ci ildə institutu müvəffəqiyyətlə başa vurub. 1973-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhər 1 və 3 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1971-1974-cü illərdə Gəncə şəhər Partiya Komitəsi nəzdində üç illik Marksizm-Leninizm Universitetini bitirib. Azərbaycan SSR “Bilik” cəmiyyətinin üzvü (1977), Gəncə “Kommunist” qəzetinin müxbiri, 1 nömrəli musiqi məktəbində ilk partıya təşkilatı katibi olub və dəfələrlə Həmkarlar Təşkilatının fəxri fərmanları ilə təltif olunub. 1977-ci ildə Azərbaycan KP Gəncə şəhər Komitəsinin plenumunun üzvü olub.
Nazim Abdullayev (polis)
Polis Akademiyası (Azərbaycan)
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası — zabit kadrları və sıravi polis nəfərləri hazırlayan xüsusi ali məktəb. Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuş, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Təhsil müddəti iki il müəyyən edilmişdi və məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. 1957–1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli status verildi.
Polis Akademiyası (film)
Polis Akademiyası (ing. Police Academy) — 1984-cü ildə kriminal komediya janrında Hyu Vilson tərəfindən çəkilən ABŞ filmi. Şəhərin qubernatoru Polis Akademiyalarının artıq irq, cinsiyyət, boy, kilo və təhsil kimi ayrı-seçkiliyi etmədən polis olmaq istəyən hər kəsə açıq olduğunu bəyan edir. Bunu eşidən hər biri fərqli mühitlərdən gələn, bir-birindən maraqlı və fərqli şəxsiyyətlərə sahib insanlar Polis Akademiyasındakı seçmələrə qatılmaq üüçün Akademiyaya gəlirlər. Polis namizədləri bu vəziyyətdən son dərəcə məmnundur. Ancaq onları öyrətməklə məsul olan üstləri bu insanları necə yola gətirəcəklərini uzun müddət düşünməyə başlayırlar. Şagirdlərin hamısı, təhsillərini tamamlayıb yaxşı bir polis olaraq təhlükəsizlik təşkilatına qatılmağa qərarlıdırlar. Ancaq bəzilərinin gəliş səbəbi çox fərqlidir. Onlardan bəziləri ya akademiyaya yazılacaq, ya da həbsə girəcəkdir… Filmin çəkilişi cəmi 40 günə başa gəlib.
Yeni polis əhvalatı
Yeni polis əhvalatı (ing. New Police Story) — film 2004-cü ildə Benni Çanın rejissorluğu ilə döyüş janrında çəkilmişdi.Film Polis Hekayəsi seriyasının yenidən başlamasıdır. Film 24 sentyabr 2004-cü ildə Honq Konqda nümayiş olundu. Əvvəlki filmlərindən daha dramatik məqamlara malikdir. Honq Konq polisindən bir əfsanə olan müfəttiş Çan Qvokvin (Ceki Çan), Beş dəstə tutacağını açıq şəkildə bildirdi. Quldurlar Çan'in bütün şöbəsini pusquya alır və məhv edirlər. Şöbənin gənc işçiləri müfəttişin qarşısında acı bir ölümlə ölürlər. Müfəttişin özü isə sağ qalmış, mərhəmətdən daha mürəkkəb sadizmdən kənarda qalmışdır. Quldurların hesablanması tamamilə haqlıdır: sevinmək əvəzinə, Çan dərin depressiyaya və illik kədərə içinə qərq olur. Çan ilə birlikdə yeni bir komanda toplayan və bir daha Beşlik üçün axtarışa verildiyi qəribə işgüzar Frank tərəfindən yeni bir ortaq həyatda oyanır.
Polis Muzeyi (Ankara)
Polis Muzeyi — Türkiyənin Ankara şəhərində muzey. Ankaranın Çankaya ilçəsində 9 aprel 2021-ci ildə Ümumi Təhlükəsizlik Müdirliyinin Sosial Xidmətlər və Sağlamlıq şöbəsinin tərkibində özəl muzey olaraq yaradılmışdır. ilk Polis Muzeyinin açılışı 1911-ci ildə, Osmanlı dövründə, Dersaadet (İstanbul) Polis məktəbinin tərkibində planlaşdırılmışdır. Lakin müharibə şəraiti ilə əlaqədar iş dayandırılmışdır. Sənədlər və qeydlər araşdırıldıqda 1917-ci ildə toplanan paltar və avadanlıqlar İstanbul Baş Müdirlük idarəsində sərgiləndiyi bilindi. 9 aprel 2021-ci ildə Təhlükəsizlik, Sosial Xidmətlər və Səhiyyə Baş İdarəsi nəzdində ilk dəfə özəl muzey statusu ilə Türkiyədə Polis Muzeyi açıldı. Muzeydə Polis təşkilatının Osmanlı İmperatorluğundan günümüzə qədər keçdiyi mərhələlər, polisin ölkənin daxili təhlükəsizliyini təmin edərkən cinayətlə mübarizədə etdiyi üsullar, baş verən hadisələr və istifadə etdikləri avadanlıqlar sərgilənir. Muzey 6 hissədən ibarətdir. Türk polisinin tarixdəki yerinin izah edildiyi muzeyin A, B və C sərgi sahələrində qədim geyimlər, Osmanlı polisinin uniformaları, Osmanlı polis bölmələrinin maketləri, polis tarixinin xronologiyası, mühüm polis funksiyaları təqdim olunur. Türk ədəbiyyatında xidmət edən zabitlər, onlar haqqında kitablar, ilk barmaq izi və silahlar sərgiyə daxildir.
Polis Muzeyi (Tome)
Polis Muzeyi (警察資料館, Keysatsu şiryokan) – Yaponiyanın Miyaqi prefekturasının Tome şəhərində yerləşən polis muzeyi. Muzey Tome polis məntəqəsinin keçmiş binasında yerləşir. Binanın tikintisinə 1887-ci ildə başlanılmış, 1889-cu ilin aprelində tamamlanmışdır. Memarı Tome liseyini (hazırda Təhsil Muzeyi) tikdirmiş Kisaburo Yamazoe olmuşdur. 1968-ci ildə Tome polis məntəqəsi üçün yeni binanın tikilməsindən sonra bina ticarət palatası tərəfindən istifadə olunmuşdur. 1986-cı ildə ticarət palatasının başqa binaya köçürülməsindən sonra binada restavrasiya işlərinə başlanılmışdır. Restavrasiya işləri zamanı binanın Meyci dövründən qalma təcridxananın bünövrəsi aşkar edilmiş və bərpa olunmuşdur. Yenidənqurma işlərindən sonra 1987-ci ilin oktyabrında Yaponiyanın ilk polis muzeyi kimi açılmışdır. Muzey binası ağ fasadlı, kirəmit damlı, taxtadan tikilmiş ikimərtəbəli tikilidir. İkinci mərtəbədə eyvan yerləşir.
Polis Akademiyası (Türkiyə)
Polis Akademiyası — Türkiyənin Ankara şəhərində dövlət universiteti. Universitet polis məmurlarının hazırlanmasına həsr olunmuş dövlət ali təhsil müəssisəsidir. == Tarixi == 1937-ci ildə Polis Akademiyası Polis İnstitutu adı ilə yaradılanda onun məqsədi polis əməkdaşlarına bir illik ixtisasartırma kursu keçmək idi. 1940-cı ildən iki illik kollec, 1962-ci ildən sonra isə 3 illik ümumi kollec oldu. 1984-cü ildən bakalavr təhsili verən məktəbin adı dəyişdirilərək Polis Akademiyası oldu. 1991-ci ildə Polis Akademiyasının tərkibində fakultələr və Peşə məktəbləri (FYO )adlı struktur yaradıldı və tələbələr FYO-ya rəsmən qəbul olunmağa başladılar. 2001-ci ildə aparılan yeni restrukturizasiyadan sonra Polis Akademiyasının 4 illik bakalavr təhsili funksiyası Təhlükəsizlik Elmləri Fakültəsinə verildi. Akademiya özünün Təhlükəsizlik Elmləri İnstitutu, Təhlükəsizlik Elmləri fakültəsi, müxtəlif vilayətlərdə 24 Polis Peşə Məktəbi, fakültə və kollec şöbələri ilə universitet statusu qazanmışdır. Doktorantura təhsili 2006-cı ildə başlamışdır. Baş Mühafizə İdarəsinin nəzdində fəaliyyət göstərən akademiyanın əsas məqsədi ictimai təhlükəsizliyi təmin etmək üçün ixtisaslı polislər hazırlamaq, təhlükəsizlik və məhkəmə ekspertizası sahələrində yüksək təhsil səviyyəsinə malik olan kadrların hazırlanmasıdır.
Polis Akademiyası (məktəb)
Polis Akademiyası — hüquq-mühafizə orqanlarının tədris mərkəzi, polis kolleci və ya polis universiteti kimi də tanınan polis akademiyası polis kursantları üçün təhsil məktəbidir. == Polis təhsilinin tarixi == 1800-cü illərin əvvəllərindən 1900-cü illərin ortalarına qədər polis işi əl əməyinin bir forması kimi nəzərdən keçirildi və iş yerində təlim norma idi. Polis işi XX-ci əsrin ortalarında daha peşəkarlaşdı, lakin vəziyyət milli və yerli mədəniyyət və siyasətdən asılı olaraq dəyişirdi. XX-ci əsrin "yaxşı hökumət" ideyası polisin ləyaqət əsasında rəqabətli şəkildə işə götürülməsinin vacibliyini vurğuladı və qəbul imtahanları standart təcrübəyə çevrildi. Bəzi ölkələrdə “lazımi proses” hüquqları o həddə çatdı ki, polisdən qanun və hüquqi əsaslandırma haqqında anlayış tələb olunurdu. XX-ci əsrin sonlarında baş verən iğtişaşlar və digər problemlərdən sonra, sosial bacarıqların və sosial elm biliklərinin nə qədər vacib olduğunu göstərmək üçün ictimai polis üsulları yaradıldı. == Funksiyası == Polis Akademiyaları kursantlara öz vəzifələrini düzgün və səmərəli şəkildə yerinə yetirmək üçün lazım olan bacarıq və taktikaları öyrədir. Bunlara hüquqi təlim, sürücülük bacarıqları, avadanlıq təlimi, odlu silah təlimi, gücdən istifadə, danışıqlar və gərginliyin aradan qaldırılması daxildir. Polis Akademiyalarından təkcə polis kursantları deyil, həmçinin zabitlər, digər hüquq-mühafizə orqanlarının işçiləri, xüsusi təyinatlılar, bəzən hətta mülki şəxslər da müntəzəm olaraq istifadə edirlər. == Kampusları == Polis Akademiyalarının ərazisinə dərs otaqları, avtomobil kursları, təlim otaqları, yeməkxanalar, atıcılıq poliqonları, qaçış yolları, idman zalları və istirahət obyektləri daxildir.
Polis Muzeyi (Tokio)
Polis Muzeyi (警察博物館, Keysatsu Hakubutsukan) – Yaponiyanın paytaxtı Tokionun Kyobaşi bölgəsində yerləşən muzey. Muzey Yaponiya polisinin və Tokio Metropolitan Polis Departamentinin tarixinə həsr olunmuşdur. == Tarixi == Muzeyin əsası 1961-ci ildə Polislə İctimai Əlaqələr Mərkəzi kimi qoyulmuşdur. 1987-ci ildə indiki binaya köçürülmüşdür. 1994-cü ildə Tokio Metropolitan Polis Departamentinin 120 illiyi münasibətilə muzey kimi açılmışdır. 2016-cı ildə muzeydə yenidənqurma işləri aparılmış və 2017-ci ilin aprelində yenidən açılmışdır. == Ekspozisiya == Muzey Yaponiya polisinin tarixinə və fəaliyyətinə həsr olunmuşdur. Muzeydə polislərin işi haqqında animasiyalar nümayiş etdirilir, uşaqlar üçün polis simulyasiyası təşkil olunur. Muzeyin kolleksiyasına Tokio Metropolitan Polis Departamenti aid 1000-dən çox sənəd daxildir. Muzey binası 6 mərtəbədən ibarətdir.